Çin “təmiz yanacaq” ilə işləyən gəmilərin istehsalını genişləndirir

Çin “təmiz yanacaq” ilə işləyən gəmilərin istehsalını genişləndirir
04.01.2024 15:36
Aa
dəq

Çin daha “təmiz yanacaq”la işləyən yeni nəsil gəmilərin istehsalı yolu ilə qlobal gəmiqayırma sahəsində liderliyini genişləndirmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" “Bloomberg”ə istinadən xəbər verir ki, Çin 2025-ci ilə qədər dünya üzrə gəmilərin yarıdan çoxunu inşa etmək niyyətindədir. Çin istehsallı bu gəmilər mayeləşdirilmiş təbii qaz (LNG) və “yaşıl metanol” daxil olmaqla, aşağı karbonlu yanacaqla işləyəcək.

Qeyd edək ki, 2023-cü ilin ilk 11 ayında dünya üzrə gəmi istehsalının 50 %-dən çoxu Çinin payına düşüb. “Bloomberg”in məlumatına görə, LNG ilə işləyən gəmilər üçün sifarişlər keçən il ümumi sifarişlərin təxminən 40 %-nə çatıb.

Çin belə gəmilərin inşası ilə yanaşı, mayeləşdirilmiş ammonyak, hidrogen və hətta karbon qazı ilə işləyən yeni tipli gəmilərin tədqiqi və layihələndirilməsini sürətləndirməyi də planlaşdırır. “China State Shipbuilding” “AP Moller-Maersk” şirkəti üçün 1 milyard ABŞ dollarından çox dəyəri olan metanol ilə işləyən konteyner gəmilərinin inşasına dair müqavilələr imzalayıb.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu