Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Özbəkistanın XİN başçısı ilə telefonla danışıb

2 dəq
Paylaş:
Ceyhun Bayramov Özbəkistanın XİN başçısı ilə telefonla danışıb

Sentyabrın 28-də naziri Ceyhun Bayramovla Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xiidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, C.Bayramov Özbəkistanın paytaxtı Daşkənd şəhərində yaxınlığında baş vermiş partlayış ilə əlaqədar qardaş Özbəkistan dövləti və xalqına öz başsağlığını çatdırıb, partlayış nəticəsində yaralananlara şəfa arzu edib.

Telefon danışığı zamanı həmçinin iki ölkə arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə mövcud regional vəziyyət müzakirə olunub.

Nazir Baxtiyor Saidov, başsağlığı və dəstək mesajına görə təşəkkür edərək, bu dəstəyin ölkələrimiz arasındakı dostluq, qardaşlıq və həmrəyliyə əsaslanan münasibətlərin daha bir göstəricisi olduğunu diqqətə çatdırıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax