Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov İranın xarici işlər naziri ilə telefonla danışıb

2 dəq
Paylaş:
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə telefonla danışıb

7 və 8 aprel 2023-cü il tarixlərində Respublikasının naziri ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında baş tutub.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər.

Telefon danışığı zamanı, iki ölkə arasında olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb.

Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax