Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Gürcüstan XİN başçısına zəng edib, yardım təklif edib

2 dəq
Paylaş:
Ceyhun Bayramov Gürcüstan XİN başçısına zəng edib, yardım təklif edib

Respublikasının naziri Gürcüstanın Raça dağlıq bölgəsində Şovi kurortunun yaxınlığında sel və torpaq sürüşməsi nəticəsində baş vermiş fəlakət ilə əlaqədar Gürcüstanın xarici işlər nazirinə vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir bu ağır fəlakət zamanı həlak olanların ailələrinə və yaxınlarına, dost hökuməti və xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Nazir itkin düşmüş şəxslərin tezliklə tapılacağına ümid bəslədiyini bildirib.

Nazir C.Bayramov Azərbaycanın hər zaman Gürcüstanın yanında olduğunu, xilasetmə tədbirləri və təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Nazir İlya Darçiaşvili həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax