Əsas məzmuna keç

Cənubi Koreya parlamenti hərbçilərin və polisin binaya daxil olmasını qadağan edib

Cənubi Koreya parlamenti hərbçilərin və polisin binaya daxil olmasını qadağan edib

Koreya Respublikasının Milli Assambleyası hərbçilərin, polisin və Milli Müdafiə Nazirliyinin əməkdaşlarının binaya girməsinə tam qadağa qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə katibliyinin rəhbəri Kim Min Gi məlumat verib.

“Milli Assambleyanın Katibliyi onun ərazisinə qanunsuz daxil Milli Müdafiə Nazirliyinin əməkdaşlarının, qulluqçuların, Milli Assambleyanın xidmətinin, o cümlədən polisin parlament binasına daxil olmasına tam qadağa qoyub”, - o qeyd edib.

Kim Min Ginin sözlərinə görə, bu fövqəladə tədbir bu gün qüvvəyə minib, onun qüvvədə müddəti açıqlanmayıb.

Siyasətçi bildirib ki, qərar deputatların təhlükəsizliyini və parlamentin normal fəaliyyətini təmin etmək məqsədi daşıyır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…