Operativ Məlumat Mərkəzi

"Cəbhədə vəziyyət həddindən artıq gərgindir" - Ukrayna rəsmisi

1 dəq
Paylaş:
"Cəbhədə vəziyyət həddindən artıq gərgindir" - Ukrayna rəsmisi

“Cəbhədə vəziyyət həddən artıq gərgindir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ukraynanın Milli Şurasının katibi Oleksiy Danilov deyib.

O bildirib ki, əks-hücum əməliyyatları ilə bağlı konkret qrafik yoxdur: “Kiyevdən başqa kimsə əks-hücum əməliyyatlarımızı müəyyənləşdirə bilməz. Hansısa müddətlərdən danışanlar hərbi əməliyyatların nə olduğunu başa düşmürlər. çətin və mürəkkəbdir. Buna təsir edən bir sıra amillər var”.

O.Danilovun sözlərinə görə, öz silahları ilə Rusiya ərazisinə zərbələr endirmək hüququna malikdir: “Qarşı tərəf demək olar hər gün bizim uşaqlarımızı öldürür. Biz buna necə dözə bilərik?”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ukrayna ordusu bu ilin iyunundan cəbhədə əks-hücum əməliyyatları həyata keçirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax