Operativ Məlumat Mərkəzi

Cari ilin 9 ayı ərzində 1 tondan çox narkotik vasitə dövriyyədən çıxarılıb

2 dəq
Paylaş:
Cari ilin 9 ayı ərzində 1 tondan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin 9 ayı ərzində 72 fakt üzrə ümumilikdə 1 ton 3 kq 375 qram narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, aşkar edilən narkotiklər - 990 kq 928 qramdan çox marixuana, 10 kq 655 qram metamfetamin, 63,538 qram həşiş, 990,376 qram heroin, 206,75 qram tiryək, 363,321 qram metadon, 153, 551 qram kokain, 8,108 qram kodein və digər maddələrdir.

9 ay ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 35-I vətəndaşı, 41-i isə əcnəbi olmaqla 76 nəfər barəsində müvafiq tədbir görülüb, 19 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa olunub.

Bu müddət ərzində, həmçinin gömrük orqanlarının əməkdaşları tərəfindən 53 fakt üzrə ümumilikdə 1,2 kiloqrama yaxın sibutramin tərkibli güclü təsiredici maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Narkotik vasitələr 28 halda Azərbaycana gətirilərkən, 48 halda tranzit keçirilərkən, 1 halda isə ölkə ərazisində reallaşdırılan -axtarış tədbirləri nəticəsində aşkar olunub.

Gömrük orqanları tərəfindən əvvəlki illərdə aşkar edilən 50 üzrə qanunsuz dövriyyədən götürülmüş, ümumilikdə 5 ton 280 kiloqramdan çox və psixotrop maddənin cari dövrdə məhv edilməsi həyata keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax