Operativ Məlumat Mərkəzi

Bütün kakao ağacları 2030-cu ilə qədər yox ola bilər

2 dəq
Paylaş:
Bütün kakao ağacları 2030-cu ilə qədər yox ola bilər

Afrikanın Fil Dişi Sahili ölkəsindəki istehsalçıları , aşağı və ədalətsiz şərtləri səbəbindən məhsuldarlığın ciddi şəkildə azaldığını və tədbirlər görülməsə, 2030-cu ilə qədər bütün kakao ağaclarının yox ola biləcəyi barədə xəbərdarlıq ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Xüsusilə dünyanın ən böyük kakao istehsalçısı olan Fil Dişi Sahilinin Bafing-Tonkpi bölgəsində fəaliyyət göstərən fermerlər qlobal bazarlara, xüsusən də Avropa ölkələrinə, o cümlədən Böyük Britaniyaya kakao tədarük edirlər.

Bununla belə, uzun illər aşağı qiymət siyasəti və qeyri-adekvat investisiyalar istehsalçıları böyük böhran həddinə çatdırıb.

Yeyasso adlı fermer kooperativi 5000 istehsalçısının istehsal etdiyi kakaonun miqdarının son illərdə 30 faiz azaldığını və bunun bir çox fermerin kauçuk və palmaya üz tutmasına səbəb olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax