Əsas məzmuna keç

Buraxılış imtahanlarının vaxtının artırılıb-artırılmayacağına aydınlıq gətirilib

Buraxılış imtahanlarının vaxtının artırılıb-artırılmayacağına aydınlıq gətirilib

bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, Elm və Təhsil Nazirliyi tabeliyindəki liseylərin...

Bu ilin XI imtahanlarının ilkin təhlili göstərir ki, keçənilki nəticələrlə təxminən eyni səviyyədədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, Elm və tabeliyindəki liseylərin məzunlarının orta nəticəsi 177 bal olub:

"Bu kifayət qədər yüksək nəticədir. Hərbi liseylərin nəticələri ölkənin orta göstəricisindən də yüksəkdir. Təbii ki, peşə məktəblərinin nəticələri aşağıdır. Bu da gözlənilən mənzərədir. Nəticələri edəndə, hansısa bir hadisəni götürüb ümumi fikir söyləmək ixtiyarımız yoxdur. Burada müxtəlif növ məktəblərin, eyni şəraitdə olan məktəblərin nəticələrinin necə olduğuna baxmaq lazımdır. Bunu təhlil edib gələcək addımlarımızı ona uyğun ataq, bütün məktəblərdə təlim-tədris prosesi elə qurulsun ki, ümumiyyətlə ölkə üzrə nəticələr yüksək olsun".

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…