Operativ Məlumat Mərkəzi

Buraxılış imtahanında 5 nəfərdə telefon aşkarlanıb

2 dəq
Paylaş:
Buraxılış imtahanında 5 nəfərdə telefon aşkarlanıb

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə imtahanında 5 nəfərdə mobil aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Həmin imtahandan xaric ediliblər.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.

Bu gündən etibarən DİM-də protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax