Əsas məzmuna keç

Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Bu yollarda hərəkət məhdudlaşdırılacaq

bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, buna səbəb üfüqi nişanlanma xətlərinin rənglənməsi işlərinin...

Bu gündən iyunun 18-dək gündüz saat 10:00-17:00, gecə saat 23:00-05:00 aralıqlarında Zağulba prospekti, şosesi, prospekti və Yusif küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb üfüqi nişanlanma xətlərinin rənglənməsi işlərinin aparılmasıdır.

Qeyd edilib ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin işlər aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə icra olunacaq.

Agentlik sürücülərə qeyd olunan tarixlərdə sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə və qaydalarına riayət etmələrini tövsiyə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…