Operativ Məlumat Mərkəzi

Bu virus ilə bağlı fövqəladə VƏZİYYƏT- HƏYƏCAN TƏBİLİ ÇALINIR

2 dəq
Paylaş:
Bu virus ilə bağlı fövqəladə VƏZİYYƏT- HƏYƏCAN TƏBİLİ ÇALINIR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “meymunçiçəyi” virusu ilə bağlı fövqəladə vəziyyət elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məsələ Afrikada səhiyyə sistemində xəstəliklə bağlı fövqəladə vəziyyətin elan edilməsindən sonra gündəmə gəlib.

ÜST son statistikaları nəzərdən keçirmək üçün öz iclasını çağırıb.

BMT-nin səhiyyə agentliyi bu il 14,000-dən çox yoluxma və 524 hadisəsinin baş verdiyini bildirib ki, bu da keçən ilki rəqəmləri xeyli üstələyib.

Qeyd edək ki, indiyədək ölüm hallarının 96%-dən çoxu Konqoda alınıb.

Təşkilat xəstəliyin insanlar arasında daha asan ötürülə bilən yeni mutasiyasının yayılma təhlükəsi ilə bağlı həyəcan təbili çalır.

Məlumat üçün bildirək ki, meymunçiçəyi virusu ilk dəfə 1958-ci ildə meymunlarda xəstəliyinə bənzər simptomların yayılması zamanı alimlər tərəfindən müəyyən edilib.

Son vaxtlara qədər yoluxma hallarının çoxu mərkəzi və qərbi Afrikada yoluxmuş heyvanlarla yaxın təmasda olan insanlarda müşahidə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax