Operativ Məlumat Mərkəzi

Bu şəhər köçürülür, yeni nazirlik yaradılır

3 dəq
Paylaş:
Bu şəhər köçürülür, yeni nazirlik yaradılır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi iclasda zəlzələnin ağır nəticələrinin aradan qaldırılması istiqamətində işlərin sürətlənməsi barədə göstərişlər verib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki bu barədə Türkiyə mediası yayıb.

Ehtimal olunur ki, iclasda illərdir müzakirə olunan Nazirliyinin yaradılması yenidən gündəmə gətirilib. Belə ki, təbii fəlakətlərlə, xüsusilə zəlzələlərlə daha effektiv mübarizə aparmaq hədəflənir.

Bundan başqa, mümkün İstanbul zəlzələsinə hazırlıq üçün addımların atılması da müzakirə olunub. Həm bölgədə, həm də İstanbulda işlərin eyni vaxtda necə həyata keçirilə biləcəyi araşdırılacaq.

Həmçinin, bu prosesdə zəlzələ bölgəsindən uzaq və limanlara yaxın, Orta Anadoluda 2 milyon əhalisi olan şəhərlərin qurulması təkliflər sırasındadır. Bu çərçivədə tikiləcək şəhərlər sıfırdan qurulacaq. Mədəniyyət evlərindən tutmuş xəstəxanalara qədər hər şey bir-bir planlaşdırılacaq. Avtomobil və dəmir yolları çəkiləcək. İstanbul və ətrafdakı bəzi fabriklərin zamanla bu yerlərə köçürüləcəyi gündəmə gələ bilər.

Eyni zamanda, şəhər mərkəzinin bir hissəsinin başqa yerə köçürülməsinə qərar verilib. Şəhər daxilində 1485 binanın tamamilə söküləcək. Adıyamanda araşdırmalar aparan Türkiyənin , şəhərsalma və naziri Murad Kurum, Adıyaman Bələdiyyə sədri Süleyman Kılınç və rəhbərlik etdiyi şəhərdə tikiləcək yeni binaların yerini müəyyənləşdirib. TOKİ tərəfindən Adıyamanda inşası planlaşdırılan 30 min bina ilk etapda şəhərin şimalındakı Karadağ yaxınlığında tikiləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax