Əsas məzmuna keç

Bu ilin yeddi ayı ərzində 126 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Bu ilin yeddi ayı ərzində 126 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib. Bildirilib ki,...

2025-ci ilin yanvar-iyul ayları ərzində qanunsuz dövriyyədən 4 949 kq 473,018 narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 126 milyon 71 min kimi qiymətləndirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.

Bildirilib ki, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5214 cinayət faktı aşkarlanıb. Onlardan 1632-si narkotik vasitələrin qanunsuz satışı, 3453-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 127-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…