Operativ Məlumat Mərkəzi

Bu il baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan 27 uşağa xidmət göstərilib

2 dəq
Paylaş:
Bu il baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan 27 uşağa xidmət göstərilib

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində bu ilin ötən dövründə 27 göstərilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, uşaqlardan 17-si oğlan, 10-u qızdır.

Müəssisənin Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yaşına çatmayanların sosial reabilitasiyası şöbəsində həmin uşaqların sosial işçi tərəfindən ilkin qiymətləndirilməsi aparılıb.

Nəticəsinə əsasən hər bir uşaqla bağlı fərdi qayğı planı hazırlanaraq bu plan əsasında onlar üçün sosial reabilitasiyası işləri aparılır. Uşaqların bioloji ailələrinə reinteqrasiya olunması, yaxud övladlığa götürülməsi və ya himayədar ailəyə verilməsi sahəsində də tədbirlər görülür.

Şöbədə hazırda 17 uşaq dövlət qayğısı ilə olunur. Onlardan 11-i oğlan 6-sı qızdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax