Operativ Məlumat Mərkəzi

Bu gün Bakının iki rayonunun bəzi hissələrində qaz olmayacaq

1 dəq
Paylaş:
Bu gün Bakının iki rayonunun bəzi hissələrində qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “-” yüksəktəzyiqli magistral qaz kəmərinin 3-cü km-də, “Semzavod” və “Sənqəçal” QPS-lərdə, “Gips Zavodu” ölçü qovşağında yaranmış qaz sızmalarının ləğvi məqsədilə bu gün saat 09:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, qaz təchizatının dayandırılması ilə əlaqədar olaraq, Qaradağ rayonunun Bağlar və Yeni Evlər massivləri, Sahil, Umbakı, və Səngəçal qəsəbələri, həmçinin Yol evləri, Bağ evləri adlanan yaşayış ərazilərində müvəqqəti fasilə yaranacaq.

Eyni zamanda, Nəsimi rayonu, Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax