Operativ Məlumat Mərkəzi

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilib - YENİLƏNİB

2 dəq
Paylaş:
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi tərəfindən mühasib sertifikatı imtahanının ikinci mərhələsi ( üzrә) keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, kağız vasitəsilə Bakıda 7 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 131 nəzarətçi,17 rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 5 həftə ərzində elan olunacaq.

***

Oktyabrın 20-də Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının II mərhələsini (qanunvericilik üzrə) keçirir.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, imtahan vermək üçün 1462 nəfər müraciət edib.

İmtahan bütün binalarda saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.

Namizəd imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidir:

- Şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) əsli;

- İmtahana buraxılış vərəqəsi.

Üç saat davam edən imtahanda peşəkar mühasib sertifikatı növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunur.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil edilir. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 131 nəzarətçi,17 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax