Əsas məzmuna keç

Bu dəmir yolları yenidən istifadəyə qaytarılacaq

Bu dəmir yolları yenidən istifadəyə qaytarılacaq

bu barədə AYNA-nın sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində bildirib. A.Rzayev əlavə edib ki,...

Şəhər ətrafından paytaxta gün ərzində 400 min sərnişin daxil olmaqdadır və bu sərnişinlərə xidmət göstərilməsi üçün dəmir yolunun xidmətlərinin genişləndirilməsi proqramı da nəzərdə tutulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə AYNA-nın sədri Anar Rzayev məsələlərinə həsr olunmuş müşavirədə İlham Əliyevə məruzəsində bildirib.

A.Rzayev əlavə edib ki, burada ilk olaraq Abşeron dairəvi yoluna qatarların əlavə edilməsi, yük qatarlarının dairəvi yola daxil olmasının qarşısının alınması üçün Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulub:

“Həmçinin mövcud olan, lakin köhnəlmiş və istifadədən bəzi dəmir yollarının da istifadəyə qaytarılması qərara alınıb. Bunlar “Zabrat 2”-“Maştağa”-“Bağlar”-“Albalı”, Bakıxanov-Binə-Qala-Yeni Suraxanı-Hövsan istiqamətləridir ki, bunlar da sərnişin axınına xidmət göstərməyə imkan verəcək. Növbəti mərhələdə Yeni Suraxanıdan Aeroportuna dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulub ki, orada sərnişin axını artdıqda dəmir yolu xidmət göstərə bilsin”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…