Əsas məzmuna keç

Kür çayında suyun səviyyəsi qalxdı: Nasos stansiyaları dayandırıldı

Kür çayında suyun səviyyəsi qalxdı: Nasos stansiyaları dayandırıldı

Dövlət Su Ehtiyatları Agentliyi çayda artan sululuq fonunda meliorasiya qurğularını kənarlaşdırıb. Əkin sahələrinin suvarılması necə tənzimlənəcək? Təfərrüatlar:

en ru

Son günlər çayında suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Mövcud vəziyyət sahələrinə xidmət edən, çaydan sugötürən bəzi stansiyalarının fəaliyyətinə təsir göstərib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Dövlət Su Ehtiyatları Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yaranmış risklərin qarşısını almaq və texniki qurğuların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti tərəfindən riskli ərazilərdə yerləşən nasos stansiyaları müvəqqəti olaraq sahildən çıxarılıb və onların fəaliyyətində fasilələr verilib.

"Bu addım mümkün mənfi təsirlərin və daha ciddi fəsadların qarşısının alınmasına yönəlib. Hazırda vəziyyət Xidmət tərəfindən daim nəzarətdə saxlanılır, eyni zamanda su təminatı alternativ mənbələr vasitəsilə davam etdirilir. Su səviyyəsi sabitləşdikdən sonra nasos stansiyalarının mərhələli şəkildə yenidən istismara verilməsi planlaşdırılır. Vətəndaşlardan xahiş olunur ki, yaranmış vəziyyəti anlayışla qarşılasınlar və yalnız rəsmi məlumatlara etibar etsinlər. Əlavə məlumatlar barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək", - məlumatda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…