Operativ Məlumat Mərkəzi

Böyük Qafqazın bəzi yerlərinə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

2 dəq
Paylaş:
Böyük Qafqazın bəzi yerlərinə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 10:00-a olan məlumatına əsasən, əksər rayonlarda əsasən yağmursuz keçib. Lakin bəzi və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb, Böyük Qafqazın bəzi yerlərində xarakterli intensiv olub. Şahdağın yüksək dağlıq ərazilərinə (3500 metr yüksəkliyə qədər) qar yağıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 45 mm , Qrızda 7 mm, Zaqatala, Gədəbəy, Tovuz, , Şəmkir, Balakən, Qax, Qusar, Şahdağ, Xınalıq, Tərtər, Astarada 3 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 16 m/s-dək güclənib.

Sumqayıt, Göygöl, Daşkəsən, Şahdağ, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və yarımadasında 30, Naxçıvan MR-da 37, Aran rayonlarında 35, dağlıq rayonlarda 25 dərəcəyədək isti qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax