Operativ Məlumat Mərkəzi

Böyük Britaniya qaçqınlara Ruandaya getmək üçün pul təklif etməyi planlaşdırır

2 dəq
Paylaş:
Böyük Britaniya qaçqınlara Ruandaya getmək üçün pul təklif etməyi planlaşdırır

Böyük Ruandaya getmək üçün sığınacaq müraciətləri rədd edilən insanlara 3000 funt-sterlinqə qədər pul planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkədə sığınacaq müraciətləri rədd edilən insanların öz ölkələrinə könüllü qayıtmaq üçün pul aldıqları sistem mövcuddur.

Yeni proqram ölkələrinə qayıda bilməyən insanları hədəfləyir.

İngiltərə hökuməti bir müddətdir ki, ölkəyə qeyri-qanuni yollarla gələn sığınacaq axtaranların müraciətləri qiymətləndirilərkən Ruandada qalması üçün başqa bir həyata keçirməyə çalışır.

Bu təşəbbüs parlament tərəfindən təsdiqlənməlidir.

"Keçən il 19,000 adam könüllü tərk etdi, bu, qeyri-qanuni immiqrasiya ilə mübarizəyə verdiyimiz əhəmiyyəti nümayiş etdirir",- deyə Daxili İşlər Nazirliyinin sözçüsü bildirib.

Plana görə, sığınacaq müraciətləri rədd edilənlərin İngiltərədəki vəziyyətlərindən fərqli olaraq Ruandada işləmək icazəsi olacaq və Ruandadan da əlavə dəstək alacaqlar.

Digər tərəfdən, bu planın nə vaxt həyata keçiriləcəyi və bundan nə qədər insanın faydalanacağı bəlli deyil.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax