Operativ Məlumat Mərkəzi

Bolqarıstan Prezidenti İlham Əliyevi seçkilərdə qələbə münasibətilə təbrik edib

2 dəq
Paylaş:
Bolqarıstan Prezidenti İlham Əliyevi seçkilərdə qələbə münasibətilə təbrik edib

Prezidenti Rumen Radev İlham Əliyevə göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab .

Xahiş edirəm, Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Bu, Prezident olaraq Sizin ötən illər ərzində Azərbaycan xalqı və dövləti üçün göstərdiyiniz xidmətdə qazandığınız uğurun sübutudur. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da hərtərəfli inkişaf etməkdə davam edəcəkdir.

Bu fürsətdən istifadə edərək fəal və konstruktiv ikitərəfli dialoqdan məmnunluğumu ifadə edir, həmçinin ölkələrimiz arasında uğurlu strateji tərəfdaşlığın gələcəkdə daha da inkişaf edərək dərinləşəcəyinə əminliyimi bildirirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasını daha da inkişaf etdirmək, dost Azərbaycan xalqının rifahını yüksəltmək naminə ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax