Operativ Məlumat Mərkəzi

Biləsuvarda qardaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub

2 dəq
Paylaş:
Biləsuvarda qardaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Biləsuvarda qardaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.

Belə ki, iyunun 17-si, saat 02:00 radələrində 1984-cü il təvəllüdlü Amil Şirqasımovun -deşilmiş xəsarətlərdən Biləsuvar rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanıb. Abuzər iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax