Operativ Məlumat Mərkəzi

Biləsuvarda keçirilən əməliyyatlarda 12 kq narkotik və silah aşkarlanıb

2 dəq
Paylaş:
Biləsuvarda keçirilən əməliyyatlarda 12 kq narkotik və silah aşkarlanıb

Biləsuvarda keçirilən əməliyyatlarda 12 kiloqrama yaxın narkotik və silah aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli Şirvan şəhər sakinləri Elmir Salmanov və Kamran Dadaşzadə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində saxlanılıblar. Elmir Salmanovun üzərindən və Kamran Dadaşzadəyə məxsus avtomobildən 12 narkotik, o cümlədən 5 kiloqram psixotrop maddə metamfetamin, 5 kiloqram tiryək, 2 kiloqrama yaxın həşiş qətranı, heroin, marixuana və 400 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat nəticəsində saxlanılan rayon sakini Elgün Həsənovdan isə 1 ədəd “PA-63” markalı tapança, həmin silaha aid sandıqça, 6 ədəd patron və 1 ədəd gecəgörmə cihazı aşkarlanaraq götürülüb.

Qeyd edək ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son 1 ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 20 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 25 kiloqramdan artıq çıxarılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax