Operativ Məlumat Mərkəzi

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA - 21.09.2024

1 dəq
Paylaş:
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA - 21.09.2024

Sentyabrın 21-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə qısa müddətə xarakterli yağış yağıb, çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Şahbuzda 6 mm, Ordubadda 5 mm, Göygöl, Sədərək, Şərurda 3 mm, Gədəbəy, Gəncə, Şəki, Göyçay, Qobustan, Tərtər, Bərdə, Yevlax, Astara, Lənkəran, Naftalan, Şəmkir, , Sabirabad, Cəfərxan, Naxçıvanda 2 mm-dək, Bakıda və yarımadasında isə 1 mm-dək olub.

Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda 12 dərəcəyədək isti alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax