Operativ Məlumat Mərkəzi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA - 16.10.2024

2 dəq
Paylaş:
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA - 16.10.2024

Hazırda ölkə ərazisində qeyri-sabit, yağıntılı davam edir, bəzi yerlərdə leysan xarakterli yağış yağır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 16-sı saat 9:00-a olan məlumata əsasən, yağıntılı hava şəraiti davam edir. Düşən yağıntının miqdarı Lerikdə 9 mm, Astarada 8 mm, Lənkəran, , Şabran, Şəkidə 4 mm, Göygöl, Neftçala, Oğuz, Zaqatala, Şərur, Şahbuz, Gədəbəy, Yardımlı, , , Gəncə, Şəmkir, Balakən, Qəbələ, Göyçay, İsmayıllı, Qobustan, Xaçmaz, Quba, Xaltan, Tərtər, Yevlax, Sabirabad, Hacıqabul, Biləsuvar, Şuşa, Füzuli, Kəlbəcərdə 3 mm-dək, Bakıda və yarımadasında: Bakı, Sumqayıt, Maştağada 1 mm-dək olub.

Yevlax, Göyçay, Göygöl, Lerik, Qusar, Quba, Qobustan, Şamaxı, Şəki, Qax, Balakən, Tovuz, Şəmkir, Naftalan, Gəncə, Göygöl, Daşkəsən, Zaqatala, Xaltan, Sumqayıtda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 11, Aran rayonlarında 14, dağlıq rayonlarda 7 dərəcəyədək isti qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax