Operativ Məlumat Mərkəzi

Bəzi rayonlara yağış, Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

2 dəq
Paylaş:
Bəzi rayonlara yağış, Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

Mayın 15-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı müşahidə olunur.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir yağıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağa və Gədəbəyin yüksək ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Balakəndə 28 mm, Lerikdə 26 mm, Naxçıvanda 22 mm, Qəbələ, Şahbuzda 17 mm, Zaqatalada 16 mm, Şəkidə 15 mm, Oğuz, Culfada 13 mm, Astara, Şərurda 12 mm, Lənkəranda 11 mm, Gədəbəydə 10 mm, Daşkəsən, Göygöldə 9 mm, Şamaxıda 8 mm, Qobustan, Qax, Şəmkir, Sədərək, Ordubadda 7 mm, Gəncə, Tovuz, Yardımlı, Göyçay, İsmayıllı, Mingəçevir, Ağsu, Ceyrançöl, Kürdəmir, Tərtər, Beyləqan, Neftçala, Naftalan, Altıağac, Quba, Qusar, Ağstafa, Xaltan, Qrız, Şabran, , Yevlax, Zərdab, Cəfərxan, Biləsuvar, Bərdə, Cəlilabad, Ağdamda 6 mm-dək, Bakıda və yarımadasında isə 1 mm-dək olub. Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Qax, Şəki, Şamaxı, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 6-11, Aran rayonlarında 12, dağlıq rayonlarda 0-4 dərəcə isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax