Operativ Məlumat Mərkəzi

Bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA - 22.07.2024

1 dəq
Paylaş:
Bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA - 22.07.2024

İyulun 22-si saat 9:00-a olan məlumata görə bəzi yerlərdə çaxıb, arabir yağış yağıb. Böyük Qafqaz bölgəsinin bəzi yerlərində yağıntılar xarakterli olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 39 mm, Şahdağda 18 mm, Qəbələdə 17 mm, Oğuzda 16 mm, Qrızda 12 mm, Xaltan, Şəki, Mingəçevir, Ceyrançöl, Zaqatala, İsmayıllı, Quba, Balakən, Culfa, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, , Altıağac, Qusar, , Göyçay, Sabirabad, Neftçala, Astarada 8 mm-dək, Bakıda və yarımadasında isə 7 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 22 dərəcəyədək isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax