Əsas məzmuna keç

Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan yağıb - FAKTİKİ HAVA

Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan yağıb - FAKTİKİ HAVA

bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Şahdağda 22 mm, Kürdəmir, Gədəbəy, Daşkəsəndə 10 mm, Gəncə, Qusar,...

Saat 9:00-a olan məlumata görə əksər rayonlarda əsasən yağmursuz keçib, lakin bəzi və dağətəyi rayonlarda şimşək çaxıb, arabir qısamüddətli xarakterli yağış yağıb, Şahdağda intensiv olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Düşən yağıntının miqdarı Şahdağda 22 mm, Kürdəmir, Gədəbəy, Daşkəsəndə 10 mm, Gəncə, Qusar, Qrız, Sədərək, Şəki, Göygöl, Astara, Altıağac, Şamaxı, Quba, Xaltan, Qobustan, Qax, Sabirabad, İsmayıllı, Qəbələ, Naftalan, Balakən, Göyçay, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Zaqatala, Şəmkir, İmişli, Oğuz, Şərur, Şahbuz, Culfa, Naxçıvanda 8 mm-dək, Bakıda və yarımadasında da 1 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da və Aran rayonlarında 30, dağlıq rayonlarda 17-21 dərəcəyə isti olub

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…