Operativ Məlumat Mərkəzi

Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA

1 dəq
Paylaş:
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA

İyulun 27-si saat 9:00-a olan məlumata görə, bölgələrdə qeyri-sabit davam edib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Tərtərdə 39 mm, Qax (Sarıbaş), Zaqatalada 35 mm, Zərdabda 31 mm, Balakəndə 15 mm, Şəmkirdə 13 mm, Qrız, Gədəbəydə 11 mm, , Şahdağda 9 mm, Bərdə, Qusar, Şəkidə 7 mm, Quba, Tovuz, Mingəçevirdə 6 mm, Oğuz, Ceyrançöl, Yevlax, Qəbələ, , Ağdam, Xaltan, Altıağac, Şabran, İsmayıllı, Ağstafa, Naftalan, Gəncə, Şəmkir, İmişli, Naxçıvanda 5 mm-dək olub.

Lerik, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Şəki, Qusar, Qrızda duman müşahidə olub.

Havanın maksimal temperaturu Bakıda və yarımadasında 30, Naxçıvan MR-da 36, Aran rayonlarında 32, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax