Operativ Məlumat Mərkəzi

Bəzi bölgələrdə yağış yağıb - FAKTİKİ HAVA

2 dəq
Paylaş:
Bəzi bölgələrdə yağış yağıb - FAKTİKİ HAVA

Avqustun 11-i, saat 9:30-a olan açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, avqustun 11-i saat 9:30-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda əsasən yağmursuz keçib. Lakin bəzi və dağətəyi rayonlarda arabir qısamüddətli yağış yağıb, çaxıb.

Düşən yağıntının miqdarı: Gədəbəy, Zaqatala, Şəki, Qax, Laza (Qusar), Balakəndə 1 mm-dək olub. Əvvəlcədən verildiyi kimi şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir Culfada 23 m/s, Bakıda və yarımadasında 16 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Lerik, Daşkəsən, Göygöl, Qrız, Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR və Aran rayonlarında 37, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax