Əsas məzmuna keç

Beynəlxalq axtarışda olan şəxs İrandan Azərbaycana gətiriləcək

Beynəlxalq axtarışda olan şəxs İrandan Azərbaycana gətiriləcək

“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında təslim etmə haqqında” 1998-ci il 21 fevral tarixli Müqavilənin tələblərinə uyğun olaraq,...

Respublikası ilə İran İslam Respublikası arasında təslim etmə haqqında” 1998-ci il 21 fevral tarixli Müqavilənin tələblərinə uyğun olaraq, Azərbaycan vətəndaşı Ülvi Rafik oğlu Hüseynovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti İranın səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Baş Prokurorluğun xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Ülvi Hüseynovun oğurluq cinayət əməli törətməsinə əsaslı müəyyənləşdirildiyindən barəsində şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunmaqla istintaqdan qaçıb gizləndiyinə görə axtarışa elan edilib.

Təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən zəruri tədbirlər görülür.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…