Operativ Məlumat Mərkəzi

Bəşər Əsəddən bəyanat YAYDI

2 dəq
Paylaş:
Bəşər Əsəddən bəyanat YAYDI

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd bəyan edib ki, dekabrın 8-i erkən səhər saatlarına qədər Dəməşqdə qalıb və tərk etməyi planlaşdırmayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə KİV-ləri onun xidmətinin bəyanatına istinadən məlumat yayıb.

B.Əsəd silahlı müxalifətin hücum etdiyi günlərdə istefa verməyi düşünmədiyini və sığınacaq istəmək niyyətində olmadığını iddia edir. Silahlıların Dəməşqə girməsindən sonra o, döyüş əməliyyatlarını izləmək məqsədilə rus müttəfiqləri ilə şəkildə Suriyanın Latakiya əyalətinə (Rusiyanın Hmeymim aviabazasının yerləşdiyi) getdiyini və axşam Rusiyaya uçduğunu bildirib.

Sabiq bəyanatında paytaxtın yaraqlılar tərəfindən ələ keçirilməsi barədə Dəməşqdən çıxdıqdan sonra xəbər tutduğunu deyib. O, terrorçularun ələ keçirdiyi ölkədə prezident olaraq qalmağı mənasız hesab edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax