Operativ Məlumat Mərkəzi

Bərdə polisi tərəfindən silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb

2 dəq
Paylaş:
Bərdə polisi tərəfindən silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb

Bərdə rayonunda polis əməkdaşları tərəfindən silah- və narkotik aşkar götürülüb.

Daxili İşlər Nazirliyinin xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Hüseynov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd "Kalaşnikov AK-74" markalı avtomat, həmin silaha məxsus daraq və 28 ədəd patron aşkar edilərək götürülüb.

Bundan əlavə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Kamil Həsənov və Şamil Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində saxlanılıblar. K.Həsənovun üzərindən və evindən 2 kiloqram 350 qramdan çox marixuana, Ş.Həsənovun üzərindən isə külli miqdarda heroin aşkar olunub.

Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax