Bərdə polisi tərəfindən silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb

Bərdə polisi tərəfindən silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb
03.02.2024 08:59
Aa
dəq

Bərdə rayonunda polis əməkdaşları tərəfindən silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Hüseynov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd "Kalaşnikov AK-74" markalı avtomat, həmin silaha məxsus daraq və 28 ədəd patron aşkar edilərək götürülüb.

Bundan əlavə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Kamil Həsənov və Şamil Həsənov polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. K.Həsənovun üzərindən və evindən 2 kiloqram 350 qramdan çox marixuana, Ş.Həsənovun üzərindən isə külli miqdarda heroin aşkar olunub.

Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu