Operativ Məlumat Mərkəzi

Belçika Rusiyaya qarşı istintaq başlatdı

2 dəq
Paylaş:
Belçika Rusiyaya qarşı istintaq başlatdı

Belçika hökuməti rəhbərliyinin 2 ay sonra keçiriləcək Avropa Parlamentinə seçkilərə müdaxilə etməyə çalışdığından şübhələnir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belçikanın Aleksandr de Kro açıqlama verib.

O, məsələ ilə bağlı başlatdıqlarını deyib.

Rusiyanın Avropa Parlamentində daha çox rusiyayönümlü deputatların mandat əldə etməsini istədiklərini bildirib.

“İstintaq göstərir ki, Moskva parlamentin avropalı üzvləri ilə təmas qurub, Rusiya gündəmini təbliğ etmək üçün onlara ödəniş edib”, - deyə de Kro vurğulayıb.

Baş nazir Moskvadan pul alan şəxslərin adını çəkməyib. Rüşvət alış-verişinin nağd şəkildə olmadığı qeyd olunur.

Daha əvvəl Çexiya hökuməti Avropada Rusiyaya məxsus casus şəbəkəsinin ifşa olunduğuna dair məlumat verib.

Bu barədə hesabatda, xüsusilə, “Voice of Europe” portalının Almaniya, Fransa, Polşa, Belçika, Niderland və Macarıstandan siyasətçilərə rusiyayönümlü etmələri üçün pul verildiyi ifadə olunur.

Qeyd edək ki, Avropa Parlamentinə seçkilər 6-9 iyunda keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax