Belçika Rusiyaya qarşı istintaq başlatdı

Belçika Rusiyaya qarşı istintaq başlatdı
13.04.2024 10:52
Aa
dəq

Belçika hökuməti Rusiya rəhbərliyinin 2 ay sonra keçiriləcək Avropa Parlamentinə seçkilərə müdaxilə etməyə çalışdığından şübhələnir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belçikanın baş naziri Aleksandr de Kro açıqlama verib.

O, məsələ ilə bağlı istintaq başlatdıqlarını deyib.

Baş nazir Rusiyanın Avropa Parlamentində daha çox rusiyayönümlü deputatların mandat əldə etməsini istədiklərini bildirib.

“İstintaq göstərir ki, Moskva parlamentin avropalı üzvləri ilə təmas qurub, Rusiya gündəmini təbliğ etmək üçün onlara ödəniş edib”, - deyə de Kro vurğulayıb.

Baş nazir Moskvadan pul alan şəxslərin adını çəkməyib. Rüşvət alış-verişinin nağd şəkildə olmadığı qeyd olunur.

Daha əvvəl Çexiya hökuməti Avropada Rusiyaya məxsus casus şəbəkəsinin ifşa olunduğuna dair məlumat verib.

Bu barədə hesabatda, xüsusilə, “Voice of Europe” portalının Almaniya, Fransa, Polşa, Belçika, Niderland və Macarıstandan siyasətçilərə rusiyayönümlü çıxışlar etmələri üçün pul verildiyi ifadə olunur.

Qeyd edək ki, Avropa Parlamentinə seçkilər 6-9 iyunda keçiriləcək.

Həftənin ən çox oxunanları

Avropa Parlamenti Aİ-nin yeni maliyyə qaydalarını təsdiqləyib

Avropa Parlamenti Aİ-nin yeni maliyyə qaydalarını təsdiqləyib
DAVAMIN OXU davamın oxu

Aİ İrana qarşı sanksiyaları genişləndirir

Aİ İrana qarşı sanksiyaları genişləndirir
DAVAMIN OXU davamın oxu

Yunanıstanda işçilər 24 saatlıq ümumi tətilə başlayıblar

Yunanıstanda işçilər 24 saatlıq ümumi tətilə başlayıblar
DAVAMIN OXU davamın oxu

Olaf Şolts: Avropa bazarı Çin avtomobilləri ilə rəqabətə açıq olmalıdır

Olaf Şolts: Avropa bazarı Çin avtomobilləri ilə rəqabətə açıq olmalıdır
DAVAMIN OXU davamın oxu

Makron İranın İsrailə hücumunu qeyri-adekvat adlandırıb

Makron İranın İsrailə hücumunu qeyri-adekvat adlandırıb
DAVAMIN OXU davamın oxu