Operativ Məlumat Mərkəzi

Bədii kollektivlərin regionlara ilk qastrol səfərləri başlayır

2 dəq
Paylaş:
Bədii kollektivlərin regionlara ilk qastrol səfərləri başlayır
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində nazirliyin nəzdindəki bədii kollektivlərin ölkənin...

Nazirliyinin təşkilatçılığı və dahi Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində nazirliyin nəzdindəki bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk dəfə olaraq genişmiqyaslı qastrol səfərlərinin təşkili 2025-ci və 2026-cı illər üçün nəzərdə tutulub.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, layihənin əsas məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə gənclərin asudə vaxtının səmərəli təşkili, həmçinin yerli yaradıcı kollektivlərlə qarşılıqlı ünsiyyət və təcrübə mübadiləsinin gücləndirilməsidir.

Qastrol proqramı çərçivəsində 2025-ci ildə R.Behbudov adına Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin dekabrın 1-də Sumqayıt şəhəri “Kimyaçı” Mədəniyyət Sarayında, dekabrın 27-də isə Şamaxı Rayon Mədəniyyət Mərkəzində, Muğam Mərkəzinin solistləri — xanəndə və instrumental ifaçıların dekabrın 3-də Bərdə Rayon Mədəniyyət Mərkəzində, Əməkdar Kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin dekabrın 6-da adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzində, Cahangir Cahangirov adına Xor kollektivinin isə dekabrın 26-da Quba Rayon Mədəniyyət Mərkəzində çıxışları baş tutacaq. 2026-cı ildə isə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin yanvarın 23-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxışı nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax