Operativ Məlumat Mərkəzi

BDYPİ hərəkət iştirakçılarına müraciət edib - 16.08.2025 12:34 #58075

2 dəq
Paylaş:
BDYPİ hərəkət iştirakçılarına müraciət edib - 16.08.2025 12:34 #58075

Həftəsonları əksər vətəndaşlar istirahət, ailə ziyarəti və ya müxtəlif şəxsi işlərlə bağlı olaraq paytaxtdan rayonlara üz tutur. Bu zaman və digər əsas yollarda hərəkətin intensivliyi xeyli artır və qəza riskidə yüksəlir. Belə şəraitdə hər bir sürücünün daha diqqətli, məsuliyyətli və intizamlı davranması xüsusi əhəmiyyət kəsb edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Baş Dövlət İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək bir daha xatırladır ki, sükan arxasında diqqətli olmaq, edilmiş sürət həddinə əməl etmək və yola çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlamaq təhlükəsizliyin ən vacib şərtlərindəndir. Xüsusilə təkərlərin vəziyyəti, işıq cihazlarının işlək vəziyyətdə olması, əyləc sistemi və sükan idarəetməsi diqqətlə yoxlanılmalıdır.

Uzun məsafə qət edərkən yuxusuz və yorğun halda sükan arxasına keçmək qəza ehtimalını -qat artırır. Bu səbəbdən sürücülər mütləq dincəlməli, zərurət yarandıqda isə yolda qısa fasilələr verməklə özlərini gümrah saxlamalıdırlar.

Yollarda müəyyən olunmuş qaydalara riayət etmək – həm sürücülərin, həm də sərnişinlərin həyatının qorunması üçün yeganə təminatdır. Unutmaq olmaz ki, bir anlıq məsuliyyətsizlik ağır nəticələrə səbəb ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını diqqətli olmağa, yollarda ehtiyatlı davranmağa çağırır və hər kəsə təhlükəsiz, rahat səfərlər arzulayır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda