Operativ Məlumat Mərkəzi

BDYPİ həftəsonu səfərləri öncəsi sürücülərə xəbərdarlıq edib

2 dəq
Paylaş:
BDYPİ həftəsonu səfərləri öncəsi sürücülərə xəbərdarlıq edib

BDYPİ həftəsonu səfərləri öncəsi sürücülərə edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsindən məlumat verilib.

Bildirilib ki, həftəsonu paytaxt və digər şəhər, rayon sakinlərinin bölgələrə səfərlərinin artması avtomobil yollarında axınının intensivliyini yüksəldir. Bu səbəbdən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən respublika ərazisində təhlükəsizliyin təmin olunması məqsədilə nəzarət-profilaktik tədbirlər gücləndirilib, patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirilib.

Qeyd edilib ki, müşahidələr göstərir ki, bəzi hallarda sürücülər tərəfindən qaydalarına riayət olunmaması, tələskənlik, diqqətsizlik və məsuliyyətsiz davranışlar ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə çıxmağa hazırlaşan sürücülərə müraciət edərək, mənzil başına təhlükəsiz çatmaq üçün nəqliyyat vasitələrinin texniki sazlığını öncədən yoxlamağı, nasaz avtomobillərlə yola çıxmamağı, sürət həddinə, ötmə və manevretmə zamanı qaydalarına ciddi əməl etməyi, həmçinin yol və hava şəraitini nəzərə almağı tövsiyə edir. Eyni zamanda, uzun məsafəli səfərlərdə fasilələrlə hərəkət etmək, yorğun və ya yuxusuz halda sükan arxasına əyləşməmək, diqqəti yayındıran hərəkətlərdən çəkinmək mühüm əhəmiyyət kəsb edir.

"Unutmayaq ki, yol hərəkəti zamanı intizam və məsuliyyət — təhlükəsizliyin əsas təminatıdır",- deyə məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax