Operativ Məlumat Mərkəzi

Bayramov pakistanlı həmkarı ilə danışdı - YENİLƏNİB

2 dəq
Paylaş:
Bayramov pakistanlı həmkarı ilə danışdı - YENİLƏNİB

Azərbaycanın naziri Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə baş tutub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər arasında Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli gündəliyinin müxtəlif aspektləri müzakirə olunub. Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib.

Danışıq zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Azərbaycanın xarici işlər naziri arasında telefon danışığı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə ediblər.

Həmçinin regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

Nazirlər Pakistanın Şahbaz Şərifin Azərbaycana gözlənilən səfəri barədə də danışıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax