Operativ Məlumat Mərkəzi

Baydenin İran üzrə xüsusi nümayəndəsini işdən çıxarmasının səbəbi araşdırılır

2 dəq
Paylaş:
Baydenin İran üzrə xüsusi nümayəndəsini işdən çıxarmasının səbəbi araşdırılır

ABŞ-nin senatoru, münasibətlər üzrə senat komitəsinin üzvü Ceyms Riş və Konqresin Palatasının beynəlxalq münaqişələr üzrə komitəsinin sədri Mayk Makkol Antoni Blinkendən Cozef Baydenin İran məsələləri üzrə xüsusi nümayəndəsi Malinin vəzifəsindən uzaqlaşdırılmasının səbəbini açıqlamasını tələb ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

Onlar dövlət katibinə ünvanladıqları məktubda bildiriblər ki, Robert Mali məxfi məlumatı elektron poçtuna köçürdükdən sonra şəxsi telefonuna yükləyib.

Məktub müəllifləri dövlət katibindən istintaq zamanı Konqresə daxil olan narahatedici məlumatların və iddiaların doğru olub-olmadığını təsdiqləməsini istəyiblər.

ABŞ Prezidenti Cozef Bayden 2021-ci ildə Robert Malini ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi təyin edib.

O, İrana barışdırıcı mövqedən yanaşmanı təşviq etdiyinə görə tənqid olunurdu.

2024-cü ilin oktyabrında Konqresin Yuxarı (Senat) və Aşağı (Nümayəndələr) palatalarının xarici məsələlər üzrə komitələri xüsusi nümayəndənin fəaliyyətini birgə araşdırmağa başlayıb. Həmin dövrdən başlayaraq onun məxfi informasiyalar olan mənbəyə girişi bağlanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax