Operativ Məlumat Mərkəzi

Bayden-Blinken cütlüyü ABŞ tarixində qara ləkə kimi qalacaq - RƏY

3 dəq
Paylaş:
Bayden-Blinken cütlüyü ABŞ tarixində qara ləkə kimi qalacaq - RƏY

ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimində ABŞ-nin tarixində qızıl əsrin başlandığını bəyan edib. Bu qızıl əsr üçüncü dünya müharibəsi risklərinin azaldığı, dünyada münaqişələrin sonlandırdığı və əməkdaşlığın genişləndiyi bir dövrün olacağı deməkdir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

O qeyd edib ki, Baydenin dövründə ABŞ Azərbaycanla qərəzli siyasət aparırdı.

Azər Badamov:

Deputat Trampın hakimiyyətə gəlişi ilə Bayden dövründə ölkəmizə qarşı aparılmış qərəzli siyasət dövrünün başa çatacağını və ölkələrimiz arasında qarşılıqlı hörmət əsasında münasibətlərin inkişafında yeni bir dövr açılacağını hesab edir.

"Cənab İlham Əliyevin Donald Trampa ünvanladığı təbrik məktubunda da -ABŞ münasibətlərinin müsbət ruhda inkişaf edəcəyini, həm ənənəvi, həm də yeni sahələri üzrə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və bu istiqamətlərdə sıx işləmək niyyətində olduğumuzu bildirmişdir".

Azər Badamov Bayden- cütlüyünün ABŞ tarixində qara səhifə olduğunu bildirib.

“Blinken çalışmışdır ki, dünyada sülh olmasın və müharibələrin başa çatmaq imkanları olan regionlarda da sülhün və sabitliyin baş verməməsi üçün əlindən gələni etmişdir. Bu baxımdan Rusiya-, Yaxın Şərqdə baş verən müharibələrə alova benzin tökməklə ölkələrin və dinc insanların məhv olunmasına dəstək vermişdir. O cümlədən Azərbaycanla sülhün yaranmaması üçün Ermənistana birtərəfli hərbi dəstək göstərməklə silahlandırılması davam etdirmişdir. Amma Tramp hakimiyyətə başladığı ilk gündən dünyada müharibələrin sonlandırılmasına çalışacağını bəyan edib. Bu baxımdan Trampın təzyiqi ilə yaxın Şərqdə müvəqqəti atəşkəs də baş tutmuşdur", - deyə deputat sonlandırıb.

Aminə Nəzərova

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax