Operativ Məlumat Mərkəzi

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

2 dəq
Paylaş:
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

Bakıda polisin üzərinə avtomobil sürən şəxs həbs olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, aprelin 28-də saat 08 radələrində Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, idarə etdiyi avtomobillə xidməti vəzifələrini yerinə yetirən polis işçilərinə tabesizlik göstərən şəxs saxlanılıb.

məlumatı əsasında əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun üzərində və idarə etdiyi avtomobilində axtarış aparılan zaman külli miqdarda olan heroin aşkar edilərək götürülüb.

Aparılmış araşdırmalarla R.Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.

Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə istintaq olunan üzrə Rauf Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax