Operativ Məlumat Mərkəzi

Bank hesablarından oğurluq edən 2 şəxs saxlanılıb

1 dəq
Paylaş:
Bank hesablarından oğurluq edən 2 şəxs saxlanılıb
Bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə  "Operativ Məlumat Mərkəzi - OMM"-yə Daxili İşlər Nazirliyindən məlumat...

Bank hesablarından etməkdə şübhəli şəxslər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbiri nəticəsində rayon sakini K.Nəsibovun bank hesabından 470 manatını oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini Əliyar müəyyən olunaraq saxlanılıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Bakı şəhər sakini M.Adıgözəlovanın bank hesabından 108 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Amir Muradov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax