Operativ Məlumat Mərkəzi

Bakının yeni Baş planının dəyəri açıqlanıb

2 dəq
Paylaş:
Bakının yeni Baş planının dəyəri açıqlanıb

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının icrasına ümumilikdə 93,6 milyard manat vəsaitin yönəldilməsi nəzərdə tutulur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Baş planda əksini tapıb.

Sənədə əsasən, bunun 60,5 milyard dövlət büdcəsindən ayrılacaq, qalan 33,1 milyard manatı isə özəl sektorun payına düşəcək.

Qeyd edilən dövrədək inkişafı üzrə 47,6 milyard manat xərclənəcək və bunun 30,9 milyard manatı özəl sektorun, 16,7 milyard manatı dövlət sektorun payına düşəcək.

Mühəndis-kommunikasiya təminatı infrastrukturu üzrə 15,32 milyard manat ayrılacaq və dövlət büdcəsi hesabına həyata keçiriləcək.
olunan enerji təsərrüfatları üzrə 4 milyard 276 milyon manat xərclənəcək və bu sahədə vəsait özəl sektorla dövlət sektoru arasında bərabər (2,1 milyard manat) bölünəcək.

(bərpa və sağlamlaşdırma tədbirləri) üzrə ayrılacaq vəsait 9 milyard 507 milyon manat olacaq və bu, dövlət büdcəsi hesabına reallaşacaq.

Bakının Baş planında qeyd ounub ki, şəhərin fiziki inkişafına xüsusən özəl sektorun cəlb edilməsi təşviq edilməlidir. Lakin bununla yanaşı, yaşayış, ictimai-işgüzar və sənaye ərazilərinin inkişafı zamanı sosial və ətraf mühit aspektləri də nəzərə alınmalıdır və bu, ciddi dövlət nəzarəti tələb edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax