Bakının yeni Baş planının dəyəri açıqlanıb

Bakının yeni Baş planının dəyəri açıqlanıb
08.01.2024 12:40
Aa
dəq

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının icrasına ümumilikdə 93,6 milyard manat vəsaitin yönəldilməsi nəzərdə tutulur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Baş planda əksini tapıb.

Sənədə əsasən, bunun 60,5 milyard manatı dövlət büdcəsindən ayrılacaq, qalan 33,1 milyard manatı isə özəl sektorun payına düşəcək.

Qeyd edilən dövrədək ərazi inkişafı üzrə 47,6 milyard manat vəsait xərclənəcək və bunun 30,9 milyard manatı özəl sektorun, 16,7 milyard manatı dövlət sektorun payına düşəcək.

Mühəndis-kommunikasiya təminatı infrastrukturu üzrə 15,32 milyard manat ayrılacaq və dövlət büdcəsi hesabına həyata keçiriləcək.
Bərpa olunan enerji təsərrüfatları üzrə 4 milyard 276 milyon manat xərclənəcək və bu sahədə vəsait özəl sektorla dövlət sektoru arasında bərabər (2,1 milyard manat) bölünəcək.

Ətraf mühit (bərpa və sağlamlaşdırma tədbirləri) üzrə ayrılacaq vəsait 9 milyard 507 milyon manat olacaq və bu, dövlət büdcəsi hesabına reallaşacaq.

Bakının Baş planında qeyd ounub ki, şəhərin fiziki inkişafına xüsusən özəl sektorun cəlb edilməsi təşviq edilməlidir. Lakin bununla yanaşı, yaşayış, ictimai-işgüzar və sənaye ərazilərinin inkişafı zamanı sosial və ətraf mühit aspektləri də nəzərə alınmalıdır və bu, ciddi dövlət nəzarəti tələb edir.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu