Əsas məzmuna keç

Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq

Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq

Bu gün Bakının üç rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, “I Zabrat” QPS-də tənzimləyici qovşağın demontaj olunması işləri, Binəqədi rayonunun İ.P. küçəsindən qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması, küçəsində və rayonunun Ş. küçəsində siyirtmənin yerinin dəyişdirilməsi məqsədilə 03.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Məlumata görə, aparılan müddətdə Sabunçu rayonu üzrə Zabrat qəsəbəsinin M.İbrahimov, Q.Bayramov, X.Vəliyev, M.Əzizbəyov, Babək, Nizami küçələrinin, Balaxanı qəsəbəsinin P. Məmməd, M.Ə.Sabir, Şəfqət, Dirçəliş, Ə.Haqverdiyev, M.İbrahimov küçələrinin və Fazenda yaşayış massivinin, Nərimanov rayonu üzrə Ş.Rəhimov, M.Əlizadə, C.Hacıbəyli, M.Araz və H.Əliyev küçələrinin, Binəqədi rayonu üzrə İ.P.Dadaşov, Ş.Məmmədov, Nizami və N. Nərimanov, H.Zərdabi, C.Cabbarlı, A.Bakıxanov və A. İsfahani küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…