Operativ Məlumat Mərkəzi

Bakının mərkəzi yaxınlığında yaşıl universitet şəhərciyi yaradılacaq

2 dəq
Paylaş:
Bakının mərkəzi yaxınlığında yaşıl universitet şəhərciyi yaradılacaq

Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl şəhərciyi yaradılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, Mərkəzi Bakı ərazisində sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur. Universitet şəhərciyi Hibrid Yaşıl Dəhlizlər şəbəkəsinə bütünlüklə inteqrə ediləcək ki, bu da əraziyə aşağı sürətli nəqliyyat vasitələri ilə gediş-gəliş imkanı təmin edəcək.

Yeni universitet şəhərciyində özəl və dövlət müəssisələri ilə yanaşı tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri təmin ediləcək.

Universitet şəhərciyi yaxınlıqda cəlbedici ticarət və qarışıq istifadə xidmətləri təklif edən yeni yönümlü şəhərsalma sistemlərinin (dəmir yolu, metro və avtobus xidmətləri) üstünlüklərindən faydalanacaq. Mərkəz daxilində həmçinin əraziyə əlavə inzibati xidmətlər göstərən özəl və dövlət qurumları yerləşəcək. Nəticədə, tədqiqat klasteri və ictimai nəqliyyat yönümlü şəhərsalma sistemlərini birləşərək universitet şəhərciyini Bakının yeni Bilik Biznes Mərkəzinə çevirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax