Bakının mərkəzi yaxınlığında yaşıl universitet şəhərciyi yaradılacaq

Bakının mərkəzi yaxınlığında yaşıl universitet şəhərciyi yaradılacaq
08.01.2024 00:14
Aa
dəq

Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyi yaradılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, Mərkəzi Bakı ərazisində nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur. Universitet şəhərciyi Hibrid Yaşıl Dəhlizlər şəbəkəsinə bütünlüklə inteqrə ediləcək ki, bu da əraziyə aşağı sürətli nəqliyyat vasitələri ilə gediş-gəliş imkanı təmin edəcək.

Yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri təmin ediləcək.

Universitet şəhərciyi yaxınlıqda cəlbedici ticarət və qarışıq istifadə xidmətləri təklif edən yeni ictimai nəqliyyat yönümlü şəhərsalma sistemlərinin (dəmir yolu, metro və avtobus xidmətləri) üstünlüklərindən faydalanacaq. Mərkəz daxilində həmçinin əraziyə əlavə inzibati xidmətlər göstərən özəl və dövlət qurumları yerləşəcək. Nəticədə, tədqiqat klasteri və ictimai nəqliyyat yönümlü şəhərsalma sistemlərini birləşərək universitet şəhərciyini Bakının yeni Bilik Biznes Mərkəzinə çevirəcək.

Həftənin ən çox oxunanları

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb
DAVAMIN OXU davamın oxu

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu